Azərbaycanda yük və minik avtomobilləri toqquşub

6 İyun 2012 18:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, hadisə Masallı rayonunda qeydə alınıb.

35 yaşlı Masallı rayon sakini Mirakif Əsədov idarə etdiyi "KaMAZ" markalı yük avtomobili ilə 48 yaşlı Masallı rayon sakini Mehman Quliyevə məxsus "Leksus" markalı nəqliyyat vasitəsini vurub.

"KaMAZ " markalı yük avtomobilinin sürücüsü qəzanın qəflətən baş verdiyini bildirib. O iddia edir ki, "Leksus" markalı avtomobilin sürücüsü dönən zaman hərəkət istiqamətini düzgün müəyyənləşdirməyib. Buna görə də qəza qaçılmaz olub.

Qeyd edək ki, qəzadan sonra hər iki avtomobil hərəkətə davam edərək hadisə yerindən uzaqlaşıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

Türkan Nadirqızı

Movqe.Az