Sağlam bir həyat üçün nar suyu

4 Fevral 2014 18:13 (UTC+04:00)

Nar meyvəsi istisevən meyvələrdəndir. Vətəni Azərbaycan hesab olunan bu meyvə daha çox Azərbaycanın cənub rayonlarında becərilir.

Narın, tərkibinin yaxşı bir antioksidant olduğu bildirilir. Nar həmçinin immunitet sistemini gücləndirir. 

Bu meyvəni sağlam şəkildə istifadə etmək üçün qabığı ilə birlikdə suyunu çıxarmaq lazımdır. 

Məlumata görə nar, xolesterin və şəkərin tarazlığını təmin etməklə ürək və damar narahatlıqlarının meydana gəlməsinə maneə törətdir. 

Bildiyimiz kimi C vitamini sayəsində insanın immunitet sistemi güclənir, orqanizm xəstəliklərə qarşı müqavimətli olur. 

Bu baxımdan zəngin C vitamini kimi tərifləndirilən nar meyvəsi bəzi xəstəliklərə qarşı effektiv hesab olunur. 

Günümüzdə nardan narşərab, nar şirəsi və s. istehsal edilir. Narın qabığı da faydalı hesab olunur.