"Titanik"i batıran buzlaq sürətlə hərəkət edir

4 Fevral 2014 22:15 (UTC+04:00)
Alimlər 1912-ci ildə "Titanik"in batmasına səbəb olan Qrenlandiya yaxınlığındakı Yakobshavn buzlağının 50 il əvvəllə müqayisədə 4 qat daha sürətlə hərəkət etdiyini açıqlayıb. ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, Vaşinqton Universitetinin tədqiqatçıları "dünyanın ən sürətli hərəkət edən buz qayaları" adlandırılan buzlağın ildə 17 kilometr yer dəyişdiyini sübut ediblər. Onu da qeyd edək ki, hərəkət edərkən okeana böyük ölçüdə buz tökən buzlağın son on ildə tək başına okean səviyyəsinin bir millimetr yüksəlməsinə səbəb olduğu da vurğulanıb.