Türkiyəli sürücünün öldürdüyü şəxsin kimliyi məlum oldu

4 Fevral 2014 22:35 (UTC+04:00)
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ANPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Belə ki, 49 yaşlı Türkiyə vətəndaşı olan Kənan Kazmaçı idarə etdiyi "Mercedes" markalı yük maşını olan "TİR" ilə yolu keçmək istəyən piyada, təxminən 45-50 yaşlarında olan kişini vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib. Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən verilən məlumata görə mərhumun üzərindən telefon kitabçası müəyyən edilib. Ölən şəxsin kimliyi məlum olub. Qəzada dünyasını dəyişən şəxs Zəngilan rayonundan məcburi köçkün olan, 1952-ci il təvəllüdlü Nizami Yusif oğlu Cəfərovdur.