Hər şeylərini yığıb ölkədən qaçırlar

5 Fevral 2014 10:45 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Suriyada Bəşər Əsəd rejimi , Hələb şəhərində barrel bombalarıyla hücumlar təşkil etməyə davam edir. Ötən gün 43 nəfərin öldüyü şəhərdə dünən də 7 fərqli bölgə barrel bombalarının hədəfi olub.

 Bölgədə yaşayanlar , bombalardan birinin Osman Bin Affan Məscidinə atıldığını və məsciddə dərs görən şagirdlərdən 5-in öldüyünü bildirib. Əsəd rejiminin qəsdli bir şəkildə müxaliflərin idarəsindəki vətəndaş məskunlaşma yerlərini hədəf aldığı deyilir . Yazıq xalq isə çarəni rejimin nəzarətində olan bölgələrə qaçmaqda tapır. Digər tərəfdən Suriya Müxaliflər və İnqilabçı Güclər Milli Koalisiyasının ( SMDK ) sədri Əhməd əl - Carba , Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Cabra , Əsəd rejimi ilə 10 Fevralda yenidən bir araya gəlməyi qəbul etdiklərini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə Şam rejiminin də 10 fevraldakı görüşə qatılacağını açıqlayıb.