Rəqsanə ağlayıb, üsyan etdi - VİDEO

5 Fevral 2014 10:30 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova göz yaşları töküb. Mövqe.az xəbər verir ki, müğənni keçmişini xatırlayıb, çox pis oldu: 


" Bir problemin içində qalmışam, ir insan tapmamışam ki, deyim ki, belə bir dərdim var. Rəqsanənin içindəkiləri bilməyən insanlar onu bu duruma gətirib. 2 mərtəbəli evdə yaşayırdım. Hamilə idim. O qədər sıxıntım, problemim var idi. Pilləkanları çıxırdım, düşürdüm. Sonda anam otuzdurub məni dedi ki, ay qız niyə belə edirsən. Dedim axı yol tapa bilmirəm".


Rəqsanə ağlayaraq Azərbaycandan getmə səbəblərini də açıqlayıb:


"Çox ağır günlər keçirirdim, orucluq ayı idi. Allaha yalvardım ki, pul, var-dövlət istəmirəm, qarşıma mənə mənəvi dayaq duracaq bir insan çıxar. Yanımda çalışan qız çox sözlər danışırdı, hamı haqqımda nəsə deyirdi, maşın problemləri çıxdı. Hər şeydən bezdim, nəticədə övladlarımı da götürüb Türkiyəyə getdim. Mən burdan baş götürüb qaçdım".


Daha ətraflı "Onlar" verlişinin təqdim etdiyi süjetdə: