Praqa meriyası Yanukoviçi qəbul etməkdən imtina edib

5 Fevral 2014 11:30 (UTC+04:00)

Ötən gün Çexiya respublikasının paytaxtı Praqa meri Ukrayna prezidenti Viktor Yanukovişin gəlişi naminə təşkil olunmuş tədbirdə iştirak etməkdən imtina edib. 

Rusiya mətbuatında yayılan məlumata görə, mer Tomaş Qudeçek bəyan edib ki, Ukrayna prezidentinin görüşündə iştirak etmək üçün Praqa üçün heç bir əsas yoxdur. O eləcə də qeyd edib ki: 


"Yanukoviçin Vatslav Qavelin adına daşıyan aerodromda eniş etməsi absurddur". 


Praqa şəhər qubernatorunun sözlərinə görə, əgər prezident Ukraynaya gəlsə şəhər hakimiyyəti ənənəvi olaraq dövlət başçıları üçün xüsusi olaraq təşkil olunmuş tədbirlərdəki kimi qarşılanmayacaq. Yanukoviçi ənənəvi olaraq təçkil olunmuş ratuşa dəvət etməyəcəklər.


Yanukoviçin Çexiyaya gəlişini tam aradan qaldırmaq üçün mer hətta ölkə prezidenti Miloş Zemana müraciət göndərir. 


Qeyd edək ki, Çexiyanın başçısı ötən il Ukraynaya səfər etdiyinə görə, bu il həmkarını ölkəsinə dəvət edib. Yanukoviçin aprel ayında ölkəyə gəlişi planlaşdırılıb. Həmçinin Avropa ittifaqının təşəbbüsünün ilə keçiriləcək və 10 dövlətin başçılarının qatıldığı sammitdə iştirak edəcək.