Qalib jurnalistlər mükafatlandırıldı
5 Fevral 2014 11:09 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (RİTN) və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə
təşkil etdiyi Fərdi Jurnalist yazıları
müsabiqəsinin yekunlarına həsr edilmiş tıdbir keçirilib.
Movqe.az xəbər verir ki, tədbirdə
bildirilib ki, RİTN və KİVDF 2013 cü ilin İnformasiya
Texnologiyaları ili elan olunması ilə əlaqədar jurnalistlər
arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqəyə
sənəd qəbulu 18 noyabr 2013-cü il tarixdən, 18 dekabr 2013-cü il
tarixə qədər davam edib. Müsabiqəyə 5 istiqamət üzrə ümumilikdə 38
jurnalist yazı təqdim etmişdir. Yazılar ekspertlər tərəfindən
qiymətləndirildikdən sonra hər istiqamət üzrə 1-ci, 2-ci
və 3-cü yerlərin qalibləri
müəyyənləşdirilib. 5 istiqamət üzrə ümumilikdə 15 jurnalist əsas
mükafata layiq görülmüşdür. Bundan əlavə 15 jurnalist
həvəsləndirici mükafat alıb. Bu gün RİTN-də müsabiqə
qaliblərinin mükafatlandırılması ilə bağlı yekun tədbir
keçirilib.
Movqe.az xəbər verir ki, aşağıdakı istiqamətlər üzrə qalib
jurnalistlər bunlardır:
" Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf
tendensiyaları"
1-ci yer-İsrafilov Orxan Vahid oğlu- "Azərbaycanda sosial
şəbəkələrin müasir inkişaf tendensiyaları"- "İki-sahil" qəzetinin
bölmə müdiri
2-ci yer-Bayramov Mübariz Ramiz oğlu- " Azərbaycanda sosial
şəbəkələrin müasir inkişaf tendensiyaları" - "Mövqe"qəzetinin
müxbiri
3-cü yer- Qəribli Məhəmmədəli Qərib oğlu- " Azərbaycanda sosial
şəbəkələrin müasir inkişaf tendensiyaları" -"Bakı Xəbər"qəzetinin
müxbiri
"İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu"
1-ci yer-Bayramov Rasim Məzahir oğlu-"Mövqe" qəzetinin Baş
redaktoru
2-ci yer-Ədilzadə Ədil Tahir oğlu- "Ədalət qəzeti"nin müxbiri
3-cü yer- Nəsirli Akif Sovet oğlu- "Paralel" qəzetinin
redaktoru
Bu istiqamət üzrə Salahov Elxan İsa oğlu- "Həftə içi"
qəzetinin redaktoru, Hüseynzadə Fuad Abı oğlu- "Palitra" qəzetinin
müxbiri həvəsləndirici mükafata layiq görülüblər.
"Azərbaycan Virtual məkanda"
1-ci yer- Kazımova Lalə Musa qızı- "Kaspi" qəzetinin
müxbiri
2-ci yer- Əhmədov Namiq Qədim oğlu- "Xalq" qəzetinin əməkdaşı
3-cü yer-Tağıyev İlqar Vaqif oğlu- "525"ci qəzet"
inin şöbə müdiri
Bu istiqamət üzrə həvəsləndirici yerlərə- Nurullayeva Nəzirə Rafiq
qızı-"The Busines Times" qəzetinin Baş redaktoru, Yusifova Dilşad
Xaqani qızı, Vəliyev Fariz Əhməd oğlu-"Futbol+ qol"
qəzetinin Baş redaktoru
"İnternetdə və İnformasiya cəmiyyətində insan hüquqları"
1-ci yer-Əliyev Azad Akif oğlu-""Həftə-içi" qəzetinin müxbiri,
2-ci yer-Nuriyeva Sevinc Rasim qızı- "Yeni Azərbaycan" qəzetinin
müxbiri,
3-cü yer-Səfərova Samirə Məmmədhənifə qızı-"Bakı xəbər" qəzetinin
baş redaktor müavini
bu istiqamət üzrə həvəsləndirici yerə- Xəlilov Ruslan Qaçay
oğlu-"Teleqraf.com" agentliyinin readaktoru, Cürənov Ramiz Mikayıl
oğlu- "Lent.az" informasiya agentliyinin müxbiri, Kazımov Xalid
Vahid oğlu- "Üç nöqtə"qəzetinin müxbiri, Əliyev Məhərrəm Ağalar
oğlu- "İki sahil" qəzetinin müxbiri, Əhmədova İradə Məmməd qızı-
"Olaylar " informasiya agentliyinin redaktoru,
Şahməmmədov Murad Məmmədşah oğıu- "Oxu məni" qəzetinin müxbiri,
Ağayev İlkin Ağahüseyn oğlu-"Palitra" qəzetinin siyasət
şöbəsinin müdiri, Zeynalov Mahir Həmzə oğlu-"Xalq Cəbhəsi"qəzetinin
redaktoru
"Mobil nömrələrin daşınmasının istifadəçi hüquqlarının qorunmasında
rolu: gözləntilər və üstünlüklər
1-ci yer- Sarıyeva İradə Murad qızı-"Bakı Xəbər" qəzetinin
müxbiri,
2-ci yer-Güləliyev Samir İntiqam oğlu- "Olaylar " informasiya
agentliyinin müxbiri,
3-cü yer-Abbaslı Tahir Tapdıq oğlu- "Paralel" qəzetinin
müxbiri,
Həvələndirici yerlər-Osmanova Sevinc Gülməmməd qızı-
"Həftə-ici"qəzetinin müxbiri,
Əhmədova Aynurə Akif qızı- "Ayna Zerkalo" qəzetinin müxbiri