Uçqun olub

6 İyun 2012 18:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin şimal-qərbində  yerləşən Qansu əyalətində uçqun olub. 3 nəfər dünyasını dəyişib, 7 nəfər isə itkin düşüb. Şinhua xəbər agentliyindən verilən məlumata əsasən, "Antimon" mədən stansiyasının  başçısı Hu Cianconq 10 nəfərin uçurumun altında qaldığını deyib. Uçqun zamanı ərazidə 21 nəfər olub, onlardan 11-i qaçıb canını qurtara bilib.

Xatırladaq ki, Subey şəhərinə 180 km məsafədə olan düşərgə sahəsi dəniz səviyyəsindən 4 min 300 metr yüksəklikdə, Monqol əhalisinin sıx yaşadığı bölgədə yerləşir.