Texnikuma girmək asanlaşdı
5 Fevral 2014 14:13 (UTC+04:00)
Bu il Azərbaycanda 9 illik bazadan orta ixtisas
təhsili müəssisələrinə qəbul imtahanlarının qaydaları
dəyişdirilib. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasından verlən xəbərə görə, 9 illik təhsil bazası
üzrə buraxılış imtahanlarının nəticələri ilə bu ilin məzunları olan
şagirdlər kolleclərə qəbul ola biləcəklər. Onun sözlərinə görə,
cari ilin məzunları üçün 9 illik bazadan orta ixtisas təhsili
müəssisələrinə ayrıca qəbul imtahanları keçirilməyəcək: "Orta
ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca
imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.
Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.
İmtahanlarda məzunlar hər iki fənn üzrə 30 sual olmaqla, ümumilikdə
60 sualı cavablandıracaq".
E. Nağızadə qeyd edib ki, 9 illik təhsil bazası
üzrə buraxılış imtahanlarında məzunların verəcəyi imtahan
fənlərinin sayı da azaldılıb. Onun sözlərinə görə, əvvəllər 9 illik
bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında
məzunlar ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test
imtahan verirdilər: "Bu ildən isə həm ötən illərin, həm də cari
ilin məzunları yalnız 2 fəndən - ana dili və riyaziyyat fənlərindən
imtahan verəcəklər. "Azərbaycan tarixi" fənni bu il 9 illik bazadan
orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarından çıxarılıb
və məzunlara qəbul imtahanlarında "Azərbaycan tarixi" fənni üzrə
suallar təqdim edilməyəcək".