Yeni Samsung "Windows Phone"la gəlir

5 Fevral 2014 14:38 (UTC+04:00)

Texnologiya dünyasında gəzən son iddiaya görə , Samsungun Androidin yeni modelində Windows Phone istifadəyə veriləcək.


 Movqe.Az xəbər verir ki, Samsungun yeni modeli Windows Phone əməliyyat sistemində olacaq.


 Evleaksdan verilən məlumata görə, Samsungun "Huron" kod adlı yeni modeli , həmişəki kimi Android deyil , bu dəfə Windows Phone əməliyyat sistemiylə gələcək. 


SM- W750V model nömrəsiylə ötən ay sızan və detalları yavaş-yavaş özünü göstərən yeni Samsung  , dizaynıyla xüsusilə Galaxy S4-ə bənzəyəcək. Evleaksin atdığı Tvitə görə Samsung , bu dəfə Nokianın hava sahəsinə girəcək. 

 Huron , şirkətin Windows Phone 8 bazarındakı ikinci sınağı olacaq.