Miri Yusif: "Onunla liftdə qalmaq istəyirəm..."

5 Fevral 2014 14:36 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, müğənni Miri Yusif "Nargis" dərgisinin "Anket" rubrikasının qonağı olub. 

Soyadı, adı, ata adı: Mirbabayev Mir Yusif.
Doğum tarixi: 27 oktyabr, 1977. 
Doğum yeri: Bakı.
Qan qrupu: RH (2) +
Sənəti: müğənni.
Boyu: 174 santimetr.
Çəkisi: 80 kiloqram.

 

 - Ən çox nə zaman pul xərcləmisiniz?
 

 - Dostlarla Las-Veqasda istirahət edərkən. Kazinoda yüksək məbləğdə pul udduq və hamısını bir gecədə xərcləməyə qərar verdik. Belə bir deyim də var: "Las-Veqasda qazandığın pulu Las-Veqasda xərcləməlisən".

 

 - Sizi ən çox təsirləndirən son hadisə...
 

 - Heydər Əliyev Sarayında verdiyim son konsert. Zaldakı işıqlar göz qamaşdırırdı. Oraya gələn insanlar məni təsirləndirdi.

 

 - Sənətdə hansı zirvəyə yüksəlmək istəyirsiniz?
 

 - Mən yaradıcılıqda sərhəd tanımıram. Amma indiki halda "Kristal Holl"da çıxış etməyi çox istəyirəm.

 

 - Sevimli ədəbiyyat və ya kino qəhrəmanın...
 

 - Sevimli kino qəhrəmanım Don Korleone və onun oğlu Maykldır. Onların üslubu və həyata baxışını çox sevirəm.

 

 - Ən böyük çatışmazlığınız nədir?
 

 - Məncə, kifayət qədər təmkinli deyiləm.

 

 - Dostlarınızda ən çox nəyi dəyərləndirirsiniz?
 

 - Səmimiyyət. Səmimi olmayan insanlarla danışa bilmirəm.

 - Sizi özünüzdən çıxara biləcək 3 şey...
 

 - Ədalətsizlik, yekəxanalıq və yalan.

 - Kiminlə liftdə qalmağı arzulayarsınız?
 

 - Müğənni Zemfira ilə... Onun yaradıcılığını çox sevirəm və üz-üzə ünsiyyətdə olmaq istəyərəm. Bu, liftdə də ola bilər.

 

 - Hansı söz və ya ifadəni tez-tez işlədirsiniz?
 

 - "Bizim axırımız nə olacaq?"

 

 - Etmək istəyib edə bilmədiyiniz nəsə varmı?
 

 - Ev tikmək istəyirəm. Ümid edirəm ki, yaxın zamanda bu istəyimi reallaşdıracağam.

 

 - Ən çox nədən bezirsiniz?
 

 - İşsizlikdən.

 

 - Deyirlər ki, hər insanın fobiyası var. Bəs sizin?
 

 - Hündürlükdən çox qorxuram.