4-cü uşağı dünyaya gətirsə şou-biznesin qəhrəman anası olacaq

5 Fevral 2014 14:54 (UTC+04:00)
Müğənni Elnarə Xəlilova yenidən ana olması ilə bağlı xəbəri təkzib etməyib. Mövqe.az xəbər verir ki, müğənni açıqlamasında bildirib: 


" Ana olmağa hazırlaşmıram. Amma həyat davam edir. Hər şey ola bilər. Niyə də yox. Mən uşaqları sevirəm. Qızım olsa hətta ona ad da fikirləşmişəm. Adını Tomris qoyacağam".


Xatırladaq ki, müğənni Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurub. Qızı Burla Xatun 2007-ci il iyunun 22-də, oğlu Tuğər Harun 2009-cu il oktyabrın 11-də, üçüncü övladı Öndər isə 2011-ci ilin 19 martında dünyaya gəlib.