YouTube videolara nəzarətini artırır!

5 Fevral 2014 15:38 (UTC+04:00)

Video paylaşma saytı YouTube yerləşdirilmiş videolar üzərindəki nəzarətini gücləndimək qərarı alıb. Bu haqda Movqe.Az "BBC"yə istinadən xəbər verir. Məqsəd, baxış sayı suni şişirdilmiş videoları yükləyənlərin qarşısnı almaqdır. Deyilənə görə, bəzi istifadəçilər öz videolarının baxış sayını artırmaq üçün "yönləndirmə" və "satınalma"lardan istifadə edir.  YouTube-u alan Google, öz bloqunda bildirib ki, bəzi pisniyyətli insanlar öz hesablarına baxış sayını artırmaq üçün sistemlə oynayır. Onlar "SPAM" yayaraq öz hesablarına baxış sayını da artırır.