Dövlət Neft Fondu ucqar kəndlərə internet çəkmək üçün pul ayıracaq
5 Fevral 2014 15:29 (UTC+04:00)
Bu il ən ucqar yaşayış məntəqələri genişzolaqlı internetlə təhciz
olunacaq. Movqe.az-ın məlumatına görə, bu
sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya
texnnologiyaları nazirinin müavini İltimas Məmmədov söyləyib. İ.
Məmmədov bildirib ki, yaxın günlərdə bu proqramın təsdiqi
gözlənilir: "Yaxın bu il ərzində layihənin tətbiqinə başlanılacaq.
Biz bütün rayon mərkəzlərində optik xətlər çəkmişik, kəndlərə qədər
bu xətlər hazırdır. Amma bəzi ucqar dağ kəndləri var ki, həmin
ərazilərə ciddi maliyyə resursları, yeniliklər texnologiyalar
tələb olunur ki, külli miqdarda vəsait tələb olunur. Bu
nazirliyin və "Aztelekom" İstehsalat Birliyinin imkanı
daxilində deyil. Ona görə də proqram hazırlanır ki, Dövlət Neft
Fondu tərəfindən ayrılan vəsaitlə bu il ərzində bir hissəsi yerinə
yetiriləcək 2016-cı ilin sonunadək tam olaraq başa çatması
nəzərdə tutulur".