Kayahanın son vəziyyəti!

5 Fevral 2014 16:35 (UTC+04:00)

Türkiyənin usta səsi Kayahan yenə xərçənglə mübarizə aparır. Kayahan xərçəngi məğlub edə bilmək üçün kemoterapi müalicəsinə başlayıb. Kayahan əvvəllər də xərçənglə mübarizə aparırdı. İ


Daha əvvəl iki dəfə xərçəng diaqnozu qoyulan və xəstəliyi məğlub etməyi bacaran Kayahan yenə kemoterapiya müalicəsi görməyə başlayıb.


1990-cı ildə qıçında çıxan xalı göstərmək üçün getdiyi xəstəxanada xərçəng olduğunu öyrənən və 6 ay ömrü qaldığı deyilməsinə baxmayaraq həyata tutuna bilən məşhur müğənni , 11 il sonra xəstəliyin güclənməsiylə çətin günlər yaşamışdı. Dörd əməliyyat və radioterapiya nəticəsində sağlamlığına qovuşan müğənni , indi yenə eyni xəstəliklə boğuşur. Ötən gün yoldaşı İpək Açarla xəstəxanada görüntülənən Kayahanın müalicənin yan təsiri səbəbiylə saçlarının töküldüyü görülüb.