Ermənistana sığınan azərbaycanlı ailə İrəvandadır
5 Fevral 2014 17:26 (UTC+04:00)
Ermənistana siyasi sığınacaq üçün müracifət edən
azərbaycanlı ailə hazırda İrəvandadır. ANS PRESS-in Azadlıq
Radiosunun İrəvan bürosuna istinadən verdiyi məlumata görə, bu
məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti verib. Xidmət
ailənin dəqiq yerini təhlükəsizlik məqsədilə
açıqlamayıb.
Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid
Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün
Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz
qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı
sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra
başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir
qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti
uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət
bildirməyib.
Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin
gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın
Miqrasiya Agentliyi məşğul olur.