“Əsgərlərimiz İranı vurmağa hazırdır”

6 İyun 2012 19:00 (UTC+04:00)

Mövqe.az saytı xarici saytlara istinadən xəbər verir ki, İsrailin Baş qərargah rəisi Benni Gantz, ordusunun İran nüvə reaktorlarını vura biləcək gücündə olduğunu söyləyib.

O, İsrail parlamentindəki çıxışında: "Əsgərlərim, İran nüvə reaktorlarını vura biləcək gücdədir. İranın nüvə reaktorlarını vurmağa hazırıq" - deyib.

Gələcəkdə əsgərlərin hücuma hazır olduğunu ifadə edən Gantz: "Biz İranı vurmağa hazırıq, lakin İranın nüvə proqramlarından imtina etməsini təmin edəcək tək qüvvə yenə də İran xalqıdır'" - ifadəsini də işlədib.

İsrail mətbuatı isə idarəçilərin İrana aid bu tip açıqlamalarından narahatdır. Xüsusilə, Gantzin: "2018-ci ildə bu günkü qarşımızda olan üç fərqli güclə birdən döyüşə hazır olacağıq" - kimi açıqlamasını çox ağır hesab edən və tənqid edən İsrail mətbuatı, prosesin bu tip şərhlərə uyğun olmadığı fikirini yayıblar.