Oğlanlar evlənməyə qız tapmayacaq
5 Fevral 2014 23:35 (UTC+04:00)
Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Çox yox, 20 ildən sonra
oğlanlar evlənməyə qız tapmayacaq. Çünki indi hər doğulan oğlan
uşağına düşən qızların sayında fərq müşahidə olunur. Normada hər
doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu
norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan
da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya
gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız
uşaqlarının payına düşüb.
Bəs niyə qız uşaqlarının sayı azalır? Niyə axı bəzi ölkələrdə olan
bu azalma bizdə də müşahidə olunur? Azalmanın əsas səbəblərindən
biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək
götürülməsidir. Ailə qadın və uşaq problemləri üzrə Dövlət
Komitəsinin informasiya və analitik şöbəsinin baş məsləhətçisi
Aynur Veysəlova deyir ki, əslində oğlan uşaqlarının sayı çox olsa
da, onlar arasında ölüm hallarına qızlardan çox rast gəlinir. Artıq
komitə valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra
mənfi halların qarşısının alınması üçün hazırda işlərin aparıldığı
bildirildi.
Sosioloqlar deyir ki, bu zərif cinsin nümayəndələrinə arzuolunmaz
cins kimi baxılması ilə əlaqədardır. Başqa bir səbəb isə milli
dəyərlərin mövcudluğudur. Yeni doğulan uşaqlar arasında oğlanlar
əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu
tendensiya müşahidə olunur. Oğlanlar üstünlük təşkil edir. Amma
unutmayın ki, hər 1 körpə öz ruzusunu gətirir. Fərq etməz oğlan və
ya qız.