Əl Qaidənin əsas ikinci adamı da oldürüldü

6 İyun 2012 19:14 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Əl Qaidənin iki nömrəli adı olaraq göstərilən Əbu Yəhya Əl Libi, Pakistanın Veziristan bölgəsində Amerikan pilotsuz hava təyyarəsi olan "Drone" ilə öldürülüb.

Ağ Ev sözçüsü Jay Carney əməliyyatı təsdiq edib və bunun terrorizmlə mübarizədə əhəmiyyətli olduğunu açıqlayıb.

J. Carney, "Əl Libinin öldürülməsi, ötən illərdən bu yana Əl Qaidəyə vurduğumuz ciddi zərbələrdən biridir. Əl Qaidənin onun yerini kompensasiya etməsi çox çətindir və bu vəziyyət təşkilatın terror şəbəkəsini, daha əvvəl heç olmadığı qədər sona yaxınlaşdırdı." deyib.

Əl Libi, təşkilatda, keçən il Usamə bin Ladinin Amerikan xüsusi xidmət orqanları tərəfindən Pakistanda öldürülməsindən sonra təşkilat başına keçən Əl Zeharidən sonra ikinci adamdır. ABŞ hərbi əməliyyatlarda getdikcə pilotsuz təyyarələrin payini artırır. Bu isə Pakistanda nümayişlərə səbəb olub.

Digər tərəfdən Əl Qaidəyə vurulan bu son zərbənin isə seçkilərə 5 ay  qalan bir vaxta təsadüf etməsi Barak Obamanın üstünlüyünə yazılacaq kimi fikirlər səslənir.