DSMF-ya yeni mətbuat xidməti təyin edildi

6 Fevral 2014 10:35 (UTC+04:00)
DSMF-dən AzVision.az-a verilən məlumata görə, jurnalist Əmrah Fəqanoğlufondun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb. Ə.Fəqanoğlu bu gün kollektivə təqdim olunacaq. Qeyd edək ki, bu təyinata kimi Ə.Fəqanoğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb. O, yeni postunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırki mətbuat katibi Elman Babayevi əvəz edəcək.