Əczaxana nəhəngi artıq tütün məhsulu satmayacaq

6 Fevral 2014 10:57 (UTC+04:00)

ABŞ-ın ən böyük əczaxana nəhənglərindən  CVS Caremark , siqaret və digər tütün məhsulları satışına son verəcəyini açıqlayıb.


Movqe.Az xəbər verir ki, Nyu Yorkda siqaret üçün yaş həddi 21-ə yüksəldilib.


CVS Caremarkın idarə heyəti rəhbəri Lari Merlo , 1 oktyabr tarixindən etibarən ölkədəki 7600 CVS mağazasında tütün məhsullarının satışının dayandırılacağını deyib.


Qərar dərhal ABŞ prezidenti Barak Obamadan tərif alıb. Gənc yaşlarından bəri siqaret alışqanlığıyla mübarizə aparan ABŞ başçısı , bu addımın bir çox insanın həyatını xilas edəcəyini deyib.

CVS-in tütün məhsulları satışından imtina etməsi , şirkət baxımından 2 milyard dollarlıq itki mənasını verir. Lakin Merlo , "sağlamlıqla əlaqəli bir firma olaraq , doğru hərəkətin bu olduğunu" deyib və "sağlamlıq məhsullarının satıldığı bir yerdə , tütün məhsulları da yer ala bilməz . " deyə bildirib.

 

Hər il 440 min amerikalı siqaret vərdişi ucbatından ölür. Bu ölümlərin 49 min nəfəriysə siqaret çəkilən mühitlərdə olanlardır.