Azəri qızı Günel həbs qərarından danışdı

6 Fevral 2014 11:13 (UTC+04:00)
Azəri qızı Günel həbs olunması ilə bağlı xəbəri inkar edib. Mövqe.az müğəninin sosial şəbəkədə paylaşdığı statusa istinadən bildirir ki, müğənni heç də deyildiyi kimi azadlıqdan məhrum olunmayıb: " Musiqi olsun, sevgi olsun. Mənasız söhbətlərə əhəmiyyət verməyək. Onlar həqiqəti əks etdirmir. Sizi sevirəm, hər kəsə təşəkkür edirəm". 


Xatırladaq ki, türk mediası belə bir xəbər yaymışdı ki, eks sevgilisi Rza Zərraba " kafana sıkarım" deyib, təhdid etdiyinə görə, Azəri qızı Günelə 6 ay həbs cəzası kəsilib. Ancaq müğənnin günah etməyəcəyi üçün məhkəmə təxirə salınıb.