Biz Azərbaycan Silahlı Qüvvələri ilə ət və dırnaq kimiyik

6 İyun 2012 20:33 (UTC+04:00)

Bu sözləri Azərbaycan Silahlı Qüvvələri ilə tanışlıq səfərinə gələn Türkiyə Quru Qoşunları komandiri Hayri Kıvrıkoğlu jurnalistlərə açıqlamasında dilə gətirib.

 Türkiyəli komandir bildirib ki, Azərbaycan və Türkiyə ət və dırnaq kimidir və bir-birindən ayrılmaz.

 "Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında sıx əlaqələr var. Bu qardaşlıq və dostluq sona qədər davam edəcək. Səfərim zamanı dünən prezident İlham Əliyevlə bu məsələləri müzakirə etdik" – deyə, H.Kıvrıkoğlu bildirib.

 Qonaq sonda deyib ki, Türkiyənin Azərbaycana olan təlim dəstəyi bundan sonra da davam edəcək