Nazirlikdə iki yeni mərkəz yaradılıb

6 Fevral 2014 12:30 (UTC+04:00)

Bu gün Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ("Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Movqe.az-ın xəbərinə görə, hər iki mərkəz beynəlxalq standartlara cavab verən avadanlıqlarla təmin edilib və xüsusi təlim keçmiş vətəndaşlar cəlb edilib. Mərkəzlədə xidmət səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşların fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( "Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin direktoru Yaşar Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, müasir avadanlıqlar və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Onun sözlərinə görə, mərkəzlərə daxil olan müraciət, şikayət, təkliflər və sorğuların qeydiyyatı proqramına daxil edilir və müvafiq şöbələrə yönləndirilir: "Şöbələr araşdırıldıqdan sonra qanunvericilikdə göstərilən müddət ərzində vətəndaşla əlaqə saxlanılır, ona cavab verilir. Proqramda müvafiq qeydlər aparandan sonra həmin müraciətlər, şikayətlər arxivə yerləşdirilir. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ("Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərinə fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir. Mərkəzlərdə bütün xidmətlər pulsuzdur".