LG G3 , Galaxy S5-in sonu ola bilər !

6 Fevral 2014 14:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Samsung , bu ay sonuna doğru Barselonada keçiriləcək MWC 2014 fəaliyyətində yeni admiral gəmisi Galaxy S5-i tanıdacaq. Bildiyiniz kimi Samsung , Galaxy S4-də gözlədiyi müvəffəqiyyəti tapa bilmədiyi üçün, Galaxy S5 təqdimat tarixini geri çəkmişdi. Lakin admiral gəmisini erkən tarixə alan yalnız Samsung deyil. İddialara görə LG G2 admiral gəmisi modelini Sentyabr ayında tanıdan LG firması da bu il yeni modelini bir neçə ay əvvəldən tanıdacaq.


Son gələn xəbərlərə görə Galaxy S5 , gözlənildiyi kimi Quad HD 1440 x 2560 dəqiqliyindəki ekran və göz skaner texnologiyasına sahib olmayacaq. ILakin bu vəziyyət təbii ki, möcüzə bir cihaz olmayacağı mənasına gəlmir. Nə olursa olsun Galaxy S5 yeni xüsusiyyətlərlə birlikdə gəlir və Samsung , LG-dən əvvəl bu il üçün yeni admiral gəmisini tanıdacaq.


LG-nin bu il LG G2 admiral gəmisinin xələfi olaraq LG G3-ü tanıtması gözlənilir. Lakin şirkət MWC 2014-cü ildə də boş dayanmayacaq və fablet ağıllı telefonu LG G Pro 2-ni bu fəaliyyətdə tanıdacaq. Cihaz 5,9 düym nəhəng ekranı ilə bir fablet telefon və Galaxy S-ə rəqib olaraq görülmür.