Esra Erol yenidən ana olmaq istəyir

6 Fevral 2014 15:33 (UTC+04:00)

Esra Erol, yeni doğum edən Demet Akalın və kiçik Hiranı ziyarət edib. 

Movqe.Az xəbər verir ki, ötən həftələrdə 2 aylıq hamiləlik dövründə ikinci uşağını itirən və çətin dövrü yeni bitirən aparıcı Esra Erol, həyat yoldaşı Əli Özbir ilə birlikdə yeni doğum edən Demet Akalın və kiçik Hiranı ziyarət edib. 


Mətbuat mənsublarına yenidən ana olmaq istədiyini söyləyən Esra Erol, daha sonra Akalının otağına çıxıb.