Avropada da qadınları sünnət edirlər?

6 Fevral 2014 15:46 (UTC+04:00)

Şotland esperti : "Ailələrin Birlik Resursları qızlarını sünnət etdirmək üçün xaricdən qruplar gətirir"

Hazırda 25 yaşında olan, lakin həmin dövrdə 8 yaşında olan Qambialı Manika adlı qız "The Guardian"a verdiyi müsahibəsində deyir: "Mənə nə olduğunu dəqiq anlaya bilmirdim. Qan gördüm və bu məni həqiqətən incidirdi. Bu elə bir ağrıdır ki...onlar təraş bıçağıyla, heç bir keyidici olmadan genital bölgəni kəsdilər ".

"Glasgow" xeyriyyə cəmiyyətindən Roşni: "Bu hələ də davam edən ənəndir. Və miqrantlar bu ənənəni Şotlandiyada davam etdirirlər. Eşitdiyimizə görə, bu qızlar yay tətilində evlərinə qayıdanda sünnət olunurlar". Qızların sünnət olunduğu şəhərlərə  London, Birmingham and Bristol daxildir. Bildirək ki, qadınların genetal bölgələrinin kəsilməsi 1985-ci ildən qadağan edilib. 2003-cü ildə İngiltərədə bunu edən şəxsə 14 il həbs cəzası verilib. Noyabr ayında isə, iki nəfər 5 həftəlik körpə qız uşağını sünnət etməkdə təqsirli bilindiyindən həbs edilmişdi. Somali, Sudan, Misir kimi ölkələrdə qadınların 98 %-i sünnət olunur. Sünnət əsasən Afrikanın 28 şəhərində qeydə alınıb.

 Qadın sünnəti, klitoris seqmenti, bızır seqmenti və ya genital əlillik, ümumiyyətlə prepus və klitorisin kəsilərək alınması şəklində görülən cərrahi əməliyyatdır. Birləşmiş Millətlər Təşkilatının, Dünya Səhiyyə Təşkilatı və müxtəlif dövlətlər tərəfindən genital əlillik olaraq adlandırılmaqdadır. Xüsusilə orta Afrika qəbilə cəmiyyətlərində və bəzi Cənub-Şərqi Asiya ölkələrində edilən daha çox ənənəvi bir əməliyyatdır.

Klitor kəsimi xüsusilə orta Afrika qəbilələrində həyata keçirilən bir tətbiqdir. Afrika ənənələrinə görə klitoris kəsimi qadının təmizliyi və saf bir ana ola bilməsi üçün lazımlıdır. Klitor seqmenti edilməmiş qadınların evlənməsini doğru qarşılamırlar . Bəzi qəbilələr isə uşağın doğum əsnasında kəsilməmiş klitorisə dəyməsi vəziyyətində öləcəyinə inanırlar.

Efiopiya Yəhudi Birliyi ( Beta Israel) tərəfindən dini olmayan bir mərasimlə tətbiq olunmaqdadır. Lakin seqmentin Yəhudi bir qadın tərəfindən edilməsi şərti vardır.

 Növləri:

 Tip I : Prepusla birlikdə klitorisin bir qisiminin və ya hamısının kəsilməsi.

Tip II: Klitor , prepus və ətrafdakı kiçik (Labia kiçik ) və bir qisim böyük dodaqların (Labia major ) kəsilməsi.

Tip III: Klitor və prepus ilə birlikdə kiçik və böyük dodaqların tamamilə kəsilməsi , açıq yaranın xarici çəpərlərinin bir yerə gətirilərək yaranın tamamilə tikilməsi , yalnız sidik və aybaşı qanamasının axa biləcəyi və ancaq kiçik barmaq genişliyində olan bir açıq bölgə buraxılması.

Tip IV: Digər genital təxrib : Simvolik olaraq klitoris və ya dodaqları çəkmək ; klitorisi dağlama ; vagina genişlədəcək şəkildə kəsmək və ya bəzi dərmanlarla daraltmaq .

Qeydlər Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qadının genital təbəqələrinin % 85i Tip I və II Tip , 15%-i isə Tip III-dən daxildir. Tip III ümumiyyətlə Şərqi Afrikada tətbiq olunmaqdadır.

Tip III , cinsi orqanın xarici qisiminin tamamilə alındığı sümüyə enmə və ya Firon sünnəsidir. Misir fironu Faraohdan ötəri Firon Sünnəti olaraq adlandırılar.Antik Misir mumiyalarında bu cür genital seqmentlərə rast gəlinmişdir.