Poladın notları. Müğənni, bəstəkar, nazir, səfir...

6 Fevral 2014 16:37 (UTC+04:00)

4 fevralda Polad Bülbüloğlu ad gününü qeyd etdi. Onun həyatından  69 il   keçir. Bwlbwlo]lunun həyatında musiqiyə maraq hədsiz idi. Qastrol turnesinin kaleydoskopu, gurultulu alqışlar, tamaşaçı minnətdarlığı, filmlərdə çəkilişlər...

18 il Azərbaycanın mədəniyyət nazirliyinə rəhbərlik etdi. Və  sonra istedadı diplomatik sahədə lazım oldu. 2006-cı ildən Polad Bülbüloğlu Rusiyada Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfirinin postunu tutur. Ad günündə o " Səfir  qəzetdə " -  bizim səhifəmizin qonağı oldu.

Bayrama az qalmış "Вечерний Mосква"nın jurnalistləri qonaqlıqda məşhur musiqiçi və siyasətçi Polad Bülbüloğlunun yanında oldular. Azərbaycan çayının süfrəsi arxasında o çox maraqlı danışdı.


Cənab Səfir

Sənədlərin yoxlaması. Dəb belə qoyulmuşdur. Başqa dövlətin ərazisinə giriş vaxtı  istənilən qonağa pasportu təqdim etməyi xahiş edəcəklər. Səfirliyin gənc keşikçisi qonaqların kitabına yazıları daxil edərək  "Вечерний Mосква"nın jurnalistlərinin sənədlərini diqqətlə vərəqləyirdi.

Gözlənən cah-calal, xalça yolları və transqafqaz səfirliyində çılçıraqların qızıl suyuna salınmış monoqramları iştirak etməyirdi.

Sadəcə, pilləkənlə qalxaraq, bizi müşayiət edəndən maraqlandıq, evin sahibinə necə  müraciət etmək daha yaxşıdır.

"Cənab Səfir!" — gənc keşikçi  divara nümayişkaranə göz gəzdirərək və bir az təlaşla, bərkdən cavab verdi,  gülümsəyərək, əlavə etdi:


 


"Polad Bülbüleviç!" Polad Bülbüloğlu özünü gözləməyə məcbur etmədi. Qonaqlar üçün otağa girib, o bizimlə salamlaşdı və ənənəvi Qafqaz qonaqpərvərliyiylə üstü örtülmüş masa ətrafında oturmağı təklif etdi. Çay, paxlava, fındıqlar, kişmiş və başqa Qafqaz şirinlikləri — gözə xoş! Cənab Səfirin oturacaqları zərifdir, yığcamdır...

SSRİ-də  doğulmuş hər insanı Bülbülü tanıyır və ona hörmət edir. 

 Bizim qarşımızda  məşhur Azərbaycan müğənnisinin - Bülbülın  oğlu  — bizim günlərimizin canlı  əfsanəsi Bülbül oturub...


"Ağdam" və başqaları

Niyə   dünya şöhrətli məçhur müğənni və bəstəkar  konsert frayını səfir pencəyi ilə əvəz etdi? " Qorxma, mən səninləyəm!" filminin çəkilişlərinin  davamı necə   keçdi? Minbir sual  dilimizdə fırlanır — hər gün belə ğeniş miqyaslı məşhurdan müsahibə almağa müvəffəq olmursan. "Вечерний Mосква"nın fotomüxbiri ilə baxışıb, mən bir kişi kimi,  Azərbaycan konyakı haqqında birinci sual  verdim:

— Əgər biz Bakıya gedəcəyimiz halda hansı konyakları yoxlamağı məsləhət görəcəksiniz?

— Bizdə çox yaxşıları var: "Tovuz", "Bakı", "Qek-Gel", "Moskva". Və hələ bizdə daha çox gözəl şərablar var — ağ "Şardone", qırmızı "Sveqilim", "Yeddi gözəl"… "Ağdam"? Əgər Dağlıq Qarabağ münaqişəsi zamanı rus oğlanları  bildirsəydilər ki, "Ağdam" olmayacaq, onda, yəqin,gələrdilər və orada qayda yaradardılar.

Bu, əlbəttə, bir zarafatdır, amma, təəssüf ki, indi "Ağdam" yoxdur. Şəhər dağıdılmışdır. Bir məscid qaldı.


 Nazirlikdən diplomatiyaya...

— İş elə alındı ki, siz  mədəniyyət nazirinin kreslosunu səfirlıyin işi ilə əvəz etdiniz…

— Bunu mən yox, prezident belə həll etdi. Dövlət başçısı və gizlətmirdi, nə vaxt ki, məni söhbətə dəvət etdi, nə böyük qiyməti (mənanı) bizim ölkələrimizin arasında münasibətlərə (əlaqələrə) verir:


 "Mən belə hesab edirəm  ki, təkcə  Rusiyada səni  sevmirlər, tanımırlar, həm də sən bu ölkəni yaxşı bilirsən və sevirsən. İndi bizim ölkələrimizə o qədər peşəkar diplomatlar yox, nə qədər hörmətli insan lazımdır…, ", — onda İlham Heydər oğlu  Əliyev mənə dedi.

— Uzun müddət düşündünüz?

— Yox, mən heç dəqiqə də düşünmədim. Mən məhz Moskvaya getməyə xoşbəxt idim. Əlbəttə, mən mədəniyyətin nazirinin yerində oturdum. 18 il —bu bir vəzifə üçün lap çox vaxtdır . Və vaxt gəlir , nə vaxt ki, fəaliyyət sferasını dəyişdirmək lazım ğəlir. Adi diplomatik işi hər kəsi icra edə bilər, kim ki, bu peşəni oxuyur, amma xüsusi anlar olur ki, nə vaxtsa,  müəyyən məsələni həll etmək yalnız yaradıcılıq tələb edir.


Təcili zəng ğəldi və Səfir bizdən üzr istədi . Biz bilmədən bu danışığın şahidi olduq. Qadın zəng edirdi. O səfirdən təcili hansısa bir sənədi rəsmiləşdirməyə kömək etməyi xahiş edirdi. Polad Bülbüloğlu  konsula zəng etdi və ona işə şənbə günü çıxmağı xahiş etdi, qadına kömək etmək üçün. Səfir yaraşıqlı mobil telefonununu yerə qoydu və söhbətinə davam etdi:


 


—      Mənim mobil telefonumda ən müxtəlif insanların 800-dən çox əlaqəsini vurulmuşdur, hamıya ( cavab verməyə çalışıram, —


—     Polad Bülbüloğlu çox işlənmiş telefonunun düymələrinə əlini sürtərək sanki öz telefonunu nümayiş etdirdi.—


—    Və günün və gecənin istənilən vaxtı zəng edirlər…

— Təsəvvür edin ki , ad günümə  nə qədər zənglər olur! Yeri gəlmişkən, 4 fevralda lazım olan ad ğününü necə qeyd etməyi planlaşdırırsınız?

— Bu ildə, ümid edirəm, sadə alınacaq, öz ailə üzvlərimlə və köhnə dostların dar dairəsiylə. Daha çox geniş mühitdə yalnız yubileyləri qeyd edirlər. Bu gündə ad gününə hədiyyə kimi telefonu "kəsirəm", söndürürəm…


—     


—    Qızıl "əllilik"

— Hansısa bir xüsusi ad günü keçirmisinizmi?

— 50 yaşım tamam olanda.Və həmin o gün yeni xeyirxah ənənənin başlanğıcını qoydu.

1995-ci illər Bakıda hələ narahat ğünlər hökm sürürdü. Gərgin vaxtlarıydı.Komendant saatı hərəkət edirdi. Sentyabrda ayında  Moskvada Mahmud Esambayevin yubiley 94illik yubileyi keçirilirdi.Mən onu təbrik etmək üçün  "Rusiya" zalına gəldim.

İosif Davudoviç   Kobzonla dəhlizdə rastlaşdıq. Köhnə,  çox gözəl dostum soruşdu:


—    "Sən unutmamısan ki, fevralda əlliilliyindir?"


—     


—    Mən:


—    "Hansı əlliillik?! İndi  o haqda heç düçünmürəm!"


—     


—    O:


—     "Əlliillik həyatda bir dəfə olur!"


—    Vədələşdik ki, zəngləşərik…


—     Və hardasa yanvar ayinda İosif Davudoviç zəng edir və deyir:


—     


—     "Budur indi qrafik təşkil edirəm: mən, Lev Leşenko, Vladimir Vinokur və Valya Tolkunova fevralın üçündə gəlirik, dördündə səninləyik və beşində də səhər vaxtı ğeri uçuruq".


—     


—     Və budur belə, necə olursa olsun təsadüfən, ya ğerçəklikdən çox böyük qrup toplaşdı: 45 insan.

İosif Kobzon, Boris Brunov, Vaxtanq Kikabidze, Nanya Breqvadze, Mahmud Esambaev, Doqa Yevgeniy, Valentina Tolkunova, Lev Leşenko, Vladimir Vinokur, Zaur Tutov, Bariylə "NaNa" Bari Alibasovla birlikdə və bir çox başqaları... Bu gün, nə vaxt ki, təxminən üstündən 20 il keçib, bütün bunları danışmaq asandır. Amma onda saaat 22.00-də xüsusi buraxılışsız, icazə vərəqəsi olmadan küçədə görünmək olmazdı… Axşam bizim unudulmaz liderimiz Heydər Əli Əliyev yanımıza gəldi. Konsert 6 saat 40 dəqiqə getdi. Gecəni "ПАРНИИЗБАКУ" ("Bakılı oğlanlar")  bizim kaveenşlərimiz aparırdılar.



Kimə məşqsiz belə daxili səbəblərdən törəyən konserti aparmağa etibar etmək mümkün idi… Kulis arxasında nələr baş verirdi! Ana mia! O an mən hesab edirdim ki, mənim yaradıcılıq kitabım artıq həmişəlik bağlanmışdır və ifa etmək daha lazım olmayacaq. Məsələ ondadır ki, 88-ci ildə məni Azərbaycanın mədəniyyətinin naziri təyin etdilər, və mən birinci növbədə radiostansiyalar və TELEVİZİYANIN kanallarına tapşırdım ki, əsərlərimi daha verməsınlər.Niyə? Ona görə ki, heç kim deyə bilməsin ki, mən öz əsərlərinin tanınması üçün xidməti vəziyyətdən istifadə edirəm. Bütün bunlar mənim üçün keçilmiş mərhələ oldu. Belə, uzun fasilədən sonra o konsertdə mənə bəlli oldu ki, nə də olsa yenə də səhnəyə çıxmaq... (Çayı için, soyuyur!) Konsert heyranedici keçdi.



 


Məlum olur, və İttifaqın süqutundan sonra da biz birlikdə ola bilərik! Birlikdə çıxış etmək, birlikdə bayramları qeyd etmək...


O vaxtı konsert biz təkrarlamağa qərar verdik, "Rusiya"  kino və konsert zalında,  2000-ci ildə, mənim 55-illiyimdə və bu həqiqət oldu. Axı bu bizim ümumi tariximizdir, o ki, bizim xalqlarımızı  və mədəniyyətləri birləşdirir! 2005-ci ildə mənim 60-illiyimə biz yenidən proqramı hazırladıq və Rusiya üzrə turneni keçirdik. Moskvada başladılar, Kreml sarayında. Tam, dolu anşlaq idi…

Fürsətdən istifadə edərək, o qədər illər keçəndən sonra moskvalılara təşəkkür etmək istəyirəm, hansılar ki, bu konsertə gəldilər. Sonra bir qədər də çıxışlar oldu… Və o vaxtdan mən böyük səhnəyə çıxmırdım.



 


Maraqlı həyat

— Məlum, məşhur bir  filmdə kəndli  deyir:-


"Ora gedirlər — onların arxasında dalına düşürlər. Geri gedirlər — onların arxasında dalına düşürlər. İnsanların həyatı maraqlı olur".



Səfirin  həyatı çətindirmi?

— Həqiqətən, kəndlinin bu sözləri mənim bugünkü həyatımı dəqiq və təsvir edir. Bizdə Rusiya və Azərbaycan arasında geniş əlaqələr var. Gün ərzində Moskva və Bakı arasında yeddi təyyarə uçur. Yeddi reys. Yeddini 150-yə vursaq — gündə bir min yarım insan alınır. Qatar gedir, hansı ki, bir həftə ərzində ora və geri üç və ya dörd dəfə dönür. İnsanlar hətta avtobuslarda gedirlər. Üç milyard amerika dollarına keçmiş böyük əmtəə dövriyyəsi. Bizdə böyük Rusiya diasporası fəaliyyət göstərir. İndi, sərt miqrasiya qaydalarının tətbiqiylə əlaqədar olaraq bizdə də işlərimizin  əhəmiyyəti xeyli dərəcədə artmışdır. Çox şikayətlər olur. Çox narazılıq var. Lap çox anlamamalar. Biz heç bir halda Rusiyanın və istənilən başqa ölkənin hüquqlarına zidd hərəkət etməyə haqqımız yoxdur…


 


—      Moskvada necə sizə işləyə bilirsiniz?

— Moskva — bu dünyanın siyasi mətbəxlərindən biridir. Və aydın ki, Moskvada səfirlik və səfir — kifayət qədər məsuliyyətli və əhəmiyyətli vəzifədir…


Bizdə MDB-ın səfirlərinin arasında belə zarafat var — "Moskvada səfir olmaqlıq səfirlikdən üstündür…" İndi Soçidə Olimpiadanın açılışına bizim prezidentimiz İlham Heydər oğlu Əliyev də gəlir.


 Bununla əlaqədar olaraq qarşımızda bir çox protokol görüşləri və tədbirlər durur. İşləyirik. Məlumatlandırırıq. Uyğunlaşdırırıq.

İki il əvvəl Azərbaycan BMT-ın Təhlükəsizliyinin şura üzvlərində seçilmişdi. Post-sovet respublikalarından birincisi, hansı ki, belə hündürlüyün beynəlxalq səviyyəsində nail oldu.

Və iki il bizim səsimiz beynəlxalq problemlərin həlli vaxtı çəkisi olan qiymətə  malik oldu.

Deyə bilərəm ki, Azərbaycan — Cənubi Qafqazın lideridir və regionda kifayət qədər gözə çarpan yer tutur.



 


Hətta vanna otağında ifa etmirəm

— "Musiqiçi Polad Bülbüloğlu" işində diplomat Polad Bülbüloğlunana kömək edirmi?

— Mən zarafatyana belə aforizmi fikirləşdim:


 


 " Və musiqiçilər də, və diplomatlar da notlar yazırlar".



—      Adicə vaxtınız olanda, vaxt tapanda oxuyursunuzmu?

—Boqoslovskinin "Темнуюночь"  ( " Qaranlıq gecəni") (gülür). Çünki pəncərənin arxasında artıq qaranlıq gecədir.Xeyr. Amma, vanna otağında ifa etmirəm! Olur, yaxın dostların dairəsində ifa edirəm.

Yaxın vaxtlarda mənim çoxdankı  dostum Andrey Dementyevin Kreml sarayında yubileyi var idi. Məndə onun şeirlərinə bəstələnmiş iki mahnı var. Budur mən onun yubileyində və televiziya verilişində həmin mahnını oxudum.



Yekaterinburqda mənim balet tamaşam gedir, hansı ki, "Sevgi və ölüm" adlanır. Bu son ciddi işdir, hansını ki, mən onu   üç il idi yazırdım. Bu baletin partiturasını mən 2005-ci ildə bitirdim. Bura 2006-cı ildə gəldim. Moskvada bu illər ərzində mənım atam Bülbülün vaxtikən ifa etdiyi 10 Azərbaycan xalq mahnısını təzədən işlədım .Bu kompozisiyalaröz harmoniyası üzrə  sadədir...

Onları simfonik orkestrin geyiminə geyindirmək çətin idi.

Vurğulamaq istəyirəm ki, mən —Qara Qarayevdir şagirdiyəm. Qara Qarayev isə Şostakoviçin şagirdi idi. Alınır ki, belə deyim musiqi üzrə mən müəyyən mənada Şostakoviçin nəvəsiyəm. Məndə filmlərə çox musiqi yazılmışdır, yazı üçün mən həmişə böyük orkestrlərdən istifadə etməyə çalışırdım. İki il əvvəl  "Azerbaydjanfilm" kinostudiyasının xahişi ilə "Dolu" filminə musiqi yazdım. Həmçinin kinematoqrafiyanın Böyük simfonik orkestriylə…



 


Tamamilə başqa kino

— Biz sizin iştirakınızla filmi tapmağa çalışırdıq " Qorxma, mən səninlə! 1919". Tapmadılar…

— Bu yaxınlarda Tulada bu filmin təqdimetmə mərasimi oldu. Festivalda biz "Улыбнись,Россия" ("Gülümsə Rusiya!"), nominasiyasıüzrə Qranprini  və mən özüm — bu filmə musiqi üçün diploma aldıq. Kinolentdə  Lev Durov və Muxtarbek Kantemirov da çəkilmişlər. O böyük ekrana gedəcəkmi? İndi prodüserlər bu məsələdə telekanallarla danışıqlar aparırlar. Kinomotoqrafiya üzrə dövlət komitəsi dövründə bu daha sadə idi — hamı  qabaqcadan bilirdi: nə vaxt  film ekranlara çıxacaq, və hara o gedəcək.

— Siz axı davamın çəkilişlərində iştirak etdiniz…



— Bəli, amma bu artıq başqa mükəmməl bir filmdir. İndi tarix bizim uşaqlarımızla birgə keçir…

Mən yenidən Teymur rolunu oynayıram, hansı ki, hörmətli bəstəkar oldu, parlamentin deputatı. Məndə film üzrə böyük ailə, oğul və iki qız, hansılardan ki, birini mənim indiki, əsl qızım Leyla oynayır. Düşmənlər məndən böyük qızı oğurlayırlar.

Və nə vaxt ki, polisdə ədalətə nail olmaq alınmır, mən yardıma köhnə dostları çağırıram. Çox müxtəlif macəra bizi gözləyir. Düşünürəm, tamaşaçıya maraqlı olacaq.

—Siz bu kinoya musiqini yenidən yazdınız?

— Bəli, mənim filmdə musiqim, təəssüf ki, o orada daha azdır, nə qədər mən istəyirdim olmadı… Aparıcı rollardan birini "Avroviziya" müsabiqəsində 2011-ci ildə qalib gəlmiş Eldar Qasımov icra edir…Və mən onun üçün mahnını xüsusi olaraq yazdım, hansı ki,   "Водопадвлюбленных"    ("Aşiqlərin Şəlaləsi") adlanır. Bilmirəm, niyə, amma bu dəfə Qusman prinsip etibarilə musiqi filminin janrından imtina etdi. Və rəsmən "ВучернийМосква"("Axşam Moskvası")  qəzetinin oxucularına bildirmək istəyirəm: əgər siz narazısınızsa ki, " Qorxma, mən səninləyəm" filmində az mahnı var, bütün daşları atın Yuliya Qusmanın bostanına …o günahkardır (gülür).

— Kimsə sizin uşaqlarınızdan musiqiylə məşğul olur?

— Böyük oğlum  məşğul olurdu.

30 yaşında o, Rusiya Federasiyasnın Əməkdar artisti oldu. Çaykovski adına Simfonik orkestrində, Fedoseyevin idarəsi altında faqot çalanıdir.Amma sonra, təəssüf ki, orkestrdən getdi və indi bizneslə məşğul olur, ailə, uşaqlar… Mən artıq iki dəfə babayam!



—      Məşhurluğun ailəsində doğulmaq Sizinçün nə idi?

—Bu vəziyyəti  sözlərlə çatdırmaq çətindir. 1938-ci ildə mənim atam artıq SSRİ-in xalq artisti idi, ölkədə bu adı birincilərdən alan olub.Bu böyük şərəf  idi, amma mənim atam həmişə özünü çox təvazökar aparırdı. Vaxt başqa cür idi, və onda hamı təxminən eyni yaşayırdı. Atamda, düzdür, maşın da var idi, onda, o vaxtlar bu nadir şey idi. Və doqquz ildə mən artıq ""ЗИМ" in sükanı arxasında otururdum. Hətta mənə sükan arxasından qabağı görmək çətin olurdu…



Qonşular təəccüblənirdilər, necə olur ki, konservatoriyanın professoru körpəyə belə maşını etibar edə bilir, amma mənim atam arxamca danışırdı : "Polad artıq öyrəndi".


Çox güman ki, bu yaşıdlarımdan  fərqli olaraq tək mənim üstünlüyüm idi. Bakıda həmişə hamı mehribanlıqla yaşayırdı:


əhəmiyyətsiz idi  sənin atan kimdir — xalq artistidir və ya sadə işçidir…


 


—      Nə vaxtdan siz musiqiylə məşğul olmağa başladınız?

— Altı yaşımda  atam məni musiqi məktəbinə gətirib çıxardı, hansı ki, konservatoriyanın binasında yerləşirdi. Mən heç  şübhələnmirdim, niyə biz gəlmişdik.

Otaqda yad insanlar tərəfindən tamdır dolu idi, hansılar ki, stolun üstünü döyürdülər və bu taqqıltıdan, döyünmədən təkrarlamağı xahiş edirdilər. Onda mən elə bilirdim  ki, bu hansısa bir yeni oyundur. Və sonra mənə notları oxumağı xahiş etdilər: biri, iki, üç…


Və atam da  gülürdü.Yalnız biz otaqdan çıxanda O, danışdı ki, mən hazırlıq məktəbinə imtahanı keçdim. Siz bilirsiniz, mən indiyə qədər çox vaxt öz müəllimlərinin adlarını xatırlayıram. Nə yaxşı təhsil var idi o vaxtlar… Hərçənd məktəb musiqi yönümlü olsa da xüsusi fənlərə də  hazırlaşırdıq.


Həmçinin ümumi intizam – intizam da yüksək səviyyədə idi.

Mən bu məktəbi və konservatoriyanı qurtardım, və bu bilikləri almış bir insan kimi iki il filarmoniyanın direktoru olmağa icazə verdi, 18 il nazir və artıq səkkiz il səfir.



 


Rus məktəbləri bağlamadı

— Sizdə   rus dili də gözəldir.Bu da oradandır?

— Əlbəttə! Lovğalanmaq istəyirəm — Bakıda  bu gün də heç bir rus məktəbini bağlamayıblar.Universitetlərdə əvvəlki kimi rus sektorları işləyir. Slavyan universitetini açdılar, harada ki,  slavyan mədəniyyətləri öyrənir, araşdırır.Rus dramatik teatrı işləyir. Bizdə çox post-sovet ölkələrindən fərqli olaraq rus dilində çox qəzetlər, jurnallar buraxılır və saytlar iki dildə göstərilir. Azərbaycanlıların yeni nəsili iki-üç dildə danışa bilir. Dilin irəliləyişi çox əhəmiyyətli dövlət məsələsidir…



- Radio və televizor daxil olmaqla, nə vaxt ki, özünüzü və öz mahnılarınızı eşidəndə nə hiss edirsiniz?

— Çox qəribə hisslər… (gülümsəyir). Etiraf edilirəm, nadir hallarda şəxsi səsyazmalarım mənim xoşuma gəlir. Həmişə başa çatdırılmamanın hissini keçirirəm: deyəsən, budur bu yerdə üstündə bir az başqa cür etmək lazım idi, və ya buradan nəsə götürmək, təmizləmək, və yaxud bu başqa cür tamamilə səslənsəydi yaxşıydı...



Mən başqa həyata getdim  və bundan zərrəcə heyfislənmirəm, bu haqda  heç nə əsirgəmirəm. Mən nəyi  bacardımsa hər şeyi etdim - öz ölkəmiz üçün və bizim mədəniyyətimiz üçün. Mənim payıma çətin missiya düşdü: sistemin dağılması dövründə yeni Azərbaycanın mədəni əlaqələrinin qaydaya salınmasında ilk addımları etmək.

Özünü təcrid etmədə heç bir mədəniyyət yaşaya bilmir, o nəsə mütləq qəbul etməlidir, və nəsə vermlidir…

Sovet İttifaqı şəraitində, ideologiyaya, qadağalara və repressiyalara baxmayaraq, dahilər öz şah əsərlərini yaradırdılar. Şostakoviç, Prokofyev, Qarayev, Əmirov, Sviridov, Şedrin… Adları sadalamaqla qurtaran deyil.Nəticədə ölməz əsərlər doğuldu, hansılar ki, "dəmir pərdəyə" baxmayaraq, bütün dünyada səsləndilər, yol, cığır açdilar…

Və bunu silmək olmaz — bu bizim tariximizdir, bizim ümumi var-dövlətimizdir. Hamını (hər şeyi) yalnız qara rənglə sürtməyəcəyik.

Hərçənd, əgər SSRİ dağılmasaydı mən də Azərbaycanın (gülür) suveren dövlətinin səfiri olmazdım…


— Nə vaxt ki, siz ilk dəfə Moskvanı 

— Nə vaxt ki, siz ilk dəfə Moskvanı gördünüz?

— Mən hələ uşaq idim, atamla və anamla gəlmişdim. Onda "Moskva" mehmanxanasında yaşayırdıq, məni gəzintilərə çıxarmaq  üçün dayə işə götürürdülər.

Amma müstəqil mən komsomolun XIV qurultayının nümayəndəsi olaraq ilk dəfə 1962-ci ildə Moskvaya gəldim. Onda mən öz birinci mahnılarından birini yazdım — "ОМоскве"  ( "Moskva Haqqında"), çox gözəl şəhərə hədiyyə etmək istədim...

1965-ci ildə Ümumittifaq radiosunda birinci mahnılarım səslənməyə başlandı, və o fırlandı, başqa həyat — "Zəng vur", "Təkan", "Dolalay", "Bənövşələr" və başqa mahnılar…

— Və budur taleyin belə döngəsi. İndi siz — səfirsiniz!

— Bəli kim düşünə bilərdi...

Vidalaşarkən Polad Bülbüloğluna "ВечернийМосква" jurnalistlərinə öz mahnılarıyla diskləri hədiyyə etdi, avtoqraflarla öz yaradıcılığı haqqında kitablar və Azərbaycan konyakı " ГЕК-ГЕЛ"    ("GÖY - GÖL") Hədiyyəlik paketlərlə biz Rusiyaya suveren dövlətin ərazisindən qayıtdıq.



 


"ВЕЧЕРНИЙ МОСКВА" -  nın MƏLUMATI (ARAYIŞI):

Polad Bülbüloğlu 4 fevral 1945-ci il SSRİ-in xalq artisti Bülbül (Azərbaycandan tərcümədə ( "bülbül") ləqəbini almış müğənni Murtuz Məmmədovun ailəsində Bakıda doğulmuşdur.Bəstəkarlığın və müğənniliyin parlaq karyerasını etdi. 20-dən çox filmə musiqini yazdı.


1988-ci ildə Polad Bülbüloğluna Azərbaycan SSR-ının mədəniyyətinin naziri oldu. 2006-cı ildə Rusiya Federasiyasında Azərbaycan Respublikasının səfiri təyin edilmişdi.

Rus dilindən tərcümə edən: ƏLİHÜSEYN ŞÜKÜROV