iPhone 6 haqqında daha bir iddia!

6 Fevral 2014 18:00 (UTC+04:00)

Maraqla gözlənilən iPhone 6 haqqında daha bir  iddia gəlib. Movqe.Az xəbər verir ki, "Apple"in maraqla gözlənilən yeni telefonu Iphone 6 haqqında etibarlı mənbələrdən maraqlı məlumatlar gəlməyə davam edir. İndi də Applenin vəsait tədarükçülərindən biri , Iphone 6-ın kamerası haqqında əhəmiyyətli məlumatlar sızdırıb.

 Sızan məlumatlara görə yeni iPhonen-n kamerası 10MP-dən çox həllolma dəqiqliyə sahib olacaq. Yeni bir qatrandan emal ediləcək kamera linzalarının isə , Iphone 5- görə daha çox işığa həssas olacağı , bu sayədə daha təsirli fotoşəkillər çəkməyin mümkün olacağı deyilir.

 Kamera haqqındakı başqa maraqlı məlumat isə kamera linzalarının "dəyişdirilə bilən" olmasıdır. Bu sayədə Apple-in mağazalarında yüksək qiymətlə satılacaq və yəqin ki, yaxşı tələb görəcək.