Kənan İmirzalıoğlu ilə yunan millət vəkili arasında eşq məcarası var? – FOTO

5 Aprel 2012 17:28 (UTC+04:00)

Yunanistanın Selanik əyalətindən olan millət vəkili Elena Raptidən Türkiyənin məşhur modeli və aktyoru Kənan İmirzalıoğluna böyük bir jest olub. Movqe.Az xəbər portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afinada siyasi səhnə, yunan parlamentinin gözəl millət vəkili E.Rapti ilə K.İmirzalıoğlu arasında eşq yaşandığı söz-söhbətləri ilə sarsılıb. Bir neçə müddətdir ki, şayiələrdən sonra televiziya verilişlərinin birinə çıxan, yunan kişilərinin sevimli millət vəkili E.Rapti məsələ ilə bağlı açıqlamasında belə deyib:

"Tamamilə yalan ancaq, son dövr əleyhimə çıxan dedi-qodular arasında ən gözəlidir".

Xəbərdə qeyd olunur ki, E.Rapti İstanbulun pərəstişkarı olduğundan, həftənin son günlərini çox sıx şəkildə İstanbula gəlir. Elena ilə Kənan əlaqələri haqqında yayılan şayiələr və şübhələr tez-tez olan bu səyahətlərdən irəli gəlib.

Üstəlik, E.Rapti şərhlərindəki fikirləri ilə yunanları şübhəyə salıb:

"Parlament səhnəsində bir başqa millət vəkili ilə bir jurnalist arasında zarafat olaraq deyildi, mən bir şey demədim, söz-söhbət uçqun kimi böyüdü", - E.Rapti deyib.

Bundan başqa, E.Rapti neçə ildir ki, nişanlı olduğu Marakakis adlı şəxslə ayrıldıqdan sonra son bir neçə aydır ki, tək olduğunu söyləyib.


Fuad Mədətov