AZAL aviabiletlərin qiymətini aşağı saldı
6 Fevral 2014 20:40 (UTC+04:00)
Azərbaycan Hava Yolları" QSC (AZAL)
Bakı-Tbilisi-Bakı istiqamətindəki uçuşlarda daşınma qiymətini aşağı
salıb. Movqe.az xəbər verir ki, AZAL-ın yaydığı məlumata
əsasən, indi sözügedən reys üzrə aviabileti, yığım və rüsumlar da
daxil olmaqla, əvvəlkindən təxminən 20% ucuz, 200 manata almaq
mümkündür. Maraqlananlar daha ətraflı məlumat almaq və
aviabiletlərin bronlaşdırılması üçün Çağrı Mərkəzinə müraciət edə
bilərlər: +(99412) 598-88-80, *8880.