Fransa XİN-i bəyanat yayıb

7 İyun 2012 11:25 (UTC+04:00)

"Minsk Qrupunun həmsədri olaraq Fransa son günlər Azərbaycan və Ermənistan sərhədində 8 nəfərin ölümü ilə nəticələnən zorakı insidentlərin baş verməsindən dərin narahatlığını bildirir".

APA-nın verdiyi xəbərə görə, bu barədə Fransa XİN-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Bəyanatda qeyd edilib ki, Qarabağ münaqişəsinin güc vasitəsi ilə həll etmək mümkün deyil: "Tərəflər BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan münaqişənin dinc yolla həll olunması prosesinə sadiq olmalıdır".

Bəyanatda bildirilir ki, Fransa iyun ayında Parisdə keçiriləcək Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların aparılmasına hazırlıq görür.