Hidrometeriloqlardan hava proqnozu

7 Fevral 2014 10:07 (UTC+04:00)
Movqe.az-ın xəbər verir ki, fevralın 7-də Azərbaycan ərazisində hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır. Temperaturun gecə 1-5° şaxta, gündüz 2-6° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaqdır. Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır. Şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda, oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.