Tanınmış şairə indi də dj-lik eşqinə düşdü

7 Fevral 2014 10:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bir çox qabiliyyətləri ilə məşhur şairə-jurnalist Ülviyyə Alovlu indi də DJ oldu. Belə ki, bundan belə hər həftənin Cümə günü Ülviyyə saat 16:00-dan 18:00-a dək Space Radiosunun efirində olacaq. Ülviyyə Alovlu bu iki saatı məşhur Dj - Gülnar Muradova ilə "Qırmızı onluq" verilişini aparacaq.

Ölkənin ən reytinqli, əyləncəli, qalmaqallı musiqi onluğu olan "Qırmızı onluğ"un bugünkü qonaqları "Bu şəhərdə"nin sakinləri Rəfael və Coşqun olacaq.