ANS-dən məhkəməyə verdiyi saytlarla bağlı-Açıqlama-Özəl

7 Fevral 2014 11:29 (UTC+04:00)
Movqe.az-a daxil olan məlumata görə, ANS Şirkətlər Qrupu bir müddət öncə işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası məhkəməyə verdiyi say və portalları bağışlamaq qərarına gəlib. Movqe.az məsələni dəqiqləşdirmək üçün öncə ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. M. Ağayev Movqe.az-a açıqlamasında bildirib ki, şirkətin məhkəməyə verdiyi saytları bağışlamaq  barədə qərar verməyib: "Bizim həmin saytları bağışlamaq fikrimiz yoxdur. Vəssəlam".
Movqe.az-a
ANS MYMŞ-nın Hüquq Departamentindən isə bildiriblər ki, onlarda ümumiyyətlə saytların məhkəməyə verilməsi ilə bağlı xəbər yoxdur: "Bizdə bu barədə məlumat yoxdur".
Xatırladaq ki, ANS Şirkətlər Qrupu  a
znews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az, dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az saytlarını və portallarını işgüzar nüfuzuna xələl gətirən materiallar yaymaq iddiası ilə məhkəməyə verdiyini bəyan etmişdi.