Rusiya Soçi Olimpiadalarına tam hazırdır

7 Fevral 2014 11:38 (UTC+04:00)

Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi 2900 atlet 15 idman növü üzrə yerli vaxtla 20.14-də keçirilən açılış mərasimiylə qarşılayıb. Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Olimpiyada ərazisində təhlükəsizlik qorxuları, insan hüquqları narahatlıqları aradan qaldırılıb. Rusiya Soçi Olimpiyadalarına, umumilikdə, 30 milyard sterlinq pul xərcləyib. Bu məbləğ indiyə qədər keçirilən Olimpiyadalara xərclənən vəsaitdən daha çoxdur.

 Açılışı bu gün ediləcək oyunlardan əvvəl, şəhərdə fövqəladə tədbirlər alınıb. Ölkəyə daxil olan hər kəs, qeyd altına alınır.

Təxminən 40 min polisin vəzifələndirildiyi Soçidə tədbirlər çərçivəsində bəzi yollar bağlanılıb.

 Olimpiya Oyunları tarixində ilk dəfə 1500-dən çox kamera ilə canlı izləniləcək.

  7-16 Martda Soçi bu dəfə Paralimpik Qış Olimpiadalarına ev sahibliyi edəcək.

  Qış Olimpiadasını dünya səviyyəsində təxminən 3 milyard insanın izləməsi gözlənilir.

.Oyunlarda 25 min könüllü gənc vəzifə yerinə yetirəcək.