Rəqsanənin qızı Aysunu liftdə kim hədələdi ?

7 Fevral 2014 12:58 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, bu həftə bazar günü səhər saat 09:45-də Space TV-də yenə "Qonaqlıq" olacaq. Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında olan "Qonaqlıq" bu dəfə müğənni Rəqsanə İsmayılovanın evində baş tutacaq. Müğənni ilk dəfə qızı Aysunun nişanlı olub-olmamasından bu verilişdə açıqlayacaq... Rəqsanənin qızı Aysun atasından danışacaq. Ümumiyyətlə Aysunu liftdə kim hədələyib? Rəqsanə meyxana deyəcəkmi? Rəqsanə hansı meyxanaçı ilə birgə iş birliyinə  başlayacaq ? kimi sualların cavabı yalnız "Qonaqlıq"da açıqlanacaq. 


Müğənninin evindən özəl görüntülər, maraqlı məqamlar məhz "Qonaqlıq"da təqdim olunacaq... "Qonaqlıq"ı mütləq izləyin.


Proqramın informasiya dəstəyi Movqe.az saytına aiddir.