Məşhur istirahət mərkəzində priton

7 Fevral 2014 13:34 (UTC+04:00)
Lənkəran rayonu Hirkan kəndinin ərazisində yerləşən "Xanbulan Villa-Lyuks" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki,  fevralın 6-da Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bürcəli kənd sakinləri Əkrəm Həbibovun və Kamil Hüseynovun gəlir əldə etmək məqsədi ilə işlədikləri Hirkan kəndinin ərazisində yerləşən "Xanbulan Villa-Lyuks" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etmələri məlum olub.