Tanınmış aparıcı "Xəzər TV"ni tərk etdi

7 Fevral 2014 14:40 (UTC+04:00)
Xəzər tv-də yayımlanan "Xəzər Xəbər" proqramının aparıcısı Anar Nəcəfli işdən çıxır. Movqe.az-ın məlumatına görə, bu barədə Anar Nəcəfli Facebook-da status yazıb. "Müəyyən səbəblərə görə, 7 ildir i.lədiyim Xezer TV-den ayrılıram. Bu gün "Xəzər Xəbərdə sonuncu efirim olacaq. ALLAH hər kəsin yolunu açıq etsin!", - deyə aparıcı statusunda yazıb. Qeyd edək ki, Anar Nəcəfli əvvəllər ANS TV-nin İç Xəbər proqramında işləyib.