Sumqayıtda tükürpədici hadisə-Gənc 3 dayısını diri-diri yandırdı
7 Fevral 2014 16:00 (UTC+04:00)
Bu gün Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Movqe.az ANS
PRESS-ə istinadən xəbər verir ki, Corat qəsəbəsində 23 yaşlı
gənc 3 dayısını yandıradaq öldürüb. Hadisə səhər saatlarında baş
verib.
Belə ki, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov
dayıları 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il
təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı
Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər. Hazırda qətli
səbəbləri araşdırılır. Cinayəti törədən gənc isə saxlanılıb. Faktla
bağlı cinayət iş ibaşlanıb, araşdırma aparılır, Sumqayıtdakı
dəhşətli hadisənin bəzi məqamlarına aydınlıq gəlib. Sumqayıt Şəhər
Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dəhşətli
cinayəti törədən Əsgəralı Abbasov polis tərəfindən saxlanılıb. O,
pollisə verdiyi ifadədə hadisəni qisas məqsədilə törətdiyini deyib.
O, bildirib ki, dayıları onun ata-anasına söyərək tez-tez təhqir
edirlərmiş.