Viski ucbatından öldü

7 Fevral 2014 16:35 (UTC+04:00)

Pançaram Bişvokarma adlı şəxs girdiyi mərc səbəbiylə 5 dəqiqə ərzində 750 ml viski içdi və 3 həftəlik komadan sonra dünyasını dəyişdi.


Movqe.Az xəbər verir ki, Nepalın paytaxtı Kathmanduda Pançaram Bişvokarma adındakı 47 yaşındakı zərgər ən yaxın yoldaşı Tşering Şerpa ilə 16 Yanvarda 750 ml bir viski şüşəsinin hamısını tək başına bitirmə üstündə mərcə girib.


 5 dəqiqə ərzində bütün şüşəni bitirən Pancharamın evə döndükdən qısa müddət sonra halı pisləşib , dərhal qaldırıldığı xəstəxanada komaya girib. Təxminən 3 həftə müddətində komada həyat mübarizəsi verən şəxs bu gün iddiasının əvəzini canıyla ödəyib.


Nepallı şəxsin ölümündən sonra gözlər iddiaya girdiyi yoldaşına çevrilib. Görəsən bu iddiada nə qədər pul təklif etmişdi ?


Tşering Şerpa yoldaşına viskinin hamısını tək başına içməsi qarşılığında viskinin pulunu və üstünə 15 dollar pul verəcəyini söyləməsilə iddianın başladığını deyib.

Ərinin ölümüylə kədərlənən yoldaşı isə indi xəstəxana xərcini necə ödəyəcəyini düşünür.