Müğənninin həyat yoldaşından boşanması yalan imiş
7 Fevral 2014 18:05 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, müğənni Nurlan Əzizbəylinin boşanması ilə
bağlı yayılan xəbər yalan çıxıb. Belə ki, müğənni sosial şəbəkədə
həyatyoldaşı və həmişə onu müdafiə edən xanımı ilə birlikdə
fotosunu paylaşaraq belə yazıb:
" Mən həyat yoldaşım və övladımla xoşbəxt ailə həyatı
yaşayıram. Allah ömür verdikcə xoşbəxtliyimizi qoruyacağıq"