Azərbaycanda baş verən yol qəzasında iki vəkil ölüb.

7 İyun 2012 13:29 (UTC+04:00)

Azərbaycanda baş verən yol qəzasında iki vəkil ölüb. Hadisə iyunun 6-dan 7-nə keçən gecə baş verib. Bakı-Qazax yolunda "VAZ 21015″ markalı avtomobillə yük maşını toqquşub. Nəticədə "VAZ 21015" markalı maşında olan iki nəfər ölüb. Onlar vəkillər Natiq Mustafayev və Famiz Məmmədovdur.

Qeyd edək ki, N. Mustafayev İctimai Palatanın aksiyaları zamanı saxlanılan Zülfüqar Eyvazlının vəkili olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, hadisə Yevlax-Mingəçevir yolunun 19-cu kilometrliyində qeydə alınıb. "VAZ" markalı minik avtomobili yolun kənarında dayanan, sahibi məlum olmayan yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü və maşında olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan daha iki sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.