Soçi Olimpiadasının açılış mərasimi başladı
7 Fevral 2014 20:32 (UTC+04:00)
Bu gün fevralın 7-də Moskva vaxtı ilə 20.14-də Soçidəki "Fişt"
stadionunda
XXII Qış Olimpiya Oyunlarının açılış mərasiminə start verildi. ANS
PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istər
Rusiya, istərsə də dünya mediası bildirir ki, bu tədbir Qış
Olimpiya Oyunları tarixində ən möhtəşəm mərasim olacaq. Ancaq məlum
olub ki, Soçidə Qış Olimpiya Oyunlarının açılışını Vladimir Putin
elan edəcək. Açılış mərasimində Rusiya yığmasının bayraqdarı
bobsleyçi Aleksandr Zubkov olacaq, Olimpiya himnini opera divası
Anna Netrebko ifa edəcək, Rusiya Federasiyasının dövlət bayrağını
isə kosmonavtlar Sergey Krikalyov, Roman Romanenko, Fyodr Yurçixin,
Svetlana Savitskaya və Yelena Serova qaldıracaqlar. Böyük marağa
səbəb olan əsas məsələ - Olimpiya məşəlinin ölkə şəhərləri üzrə 163
günlük estafetini yekunlaşdıraraq Soçi arenasında əsas Olimpiya
məşəlini kimin yandıracağı son dəqiqələrə qədər gizli saxlanacaq.