Güclü yaddaş üçün alma suyu

8 Fevral 2014 15:47 (UTC+04:00)

Alma suyu tam bir sağlamlıq anbarı hesab olunur. 

Bu möcüzəvi içki təkcə yaddaşa kömək etmirmiş. O həm də maddələr mübadiləsinin sürətlənməsində və sidik miqdarının artmasınada əhəmiyyətli hesab olunur.


Tərkibində bol miqdarda dəmir və fosfor olan alma beyin funksiyalarının fəaliyyətinin yaxşılaşmasına və zehni gücü artırmağa kömək edir. 

Burada dəmir beyin funksiyalarının fəaliyyətinə, fosfor isə zehni fəaliyyətə təsir göstərir.


Alma və ya alma suyu beyin hüceyrələrindəki toksik maddələrin səbəb olduğu stress və yaşlanmanın təsirlərini azaldır.

Bundan əlavə gündə bir stəkan alma suyu ilə qandakı xolesterin nisbətini tarazlaşdırmaq, ürək və damarların sağlamlığını qorumaq olar.