Gəncədə uşaq bağçası yandı

8 Fevral 2014 15:54 (UTC+04:00)

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 13.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 44 saylı uşaq bağçasında baş verib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb edilib və tez bir zamanda alov söndürülüb.


 

Yanğın zamanı ikimərtəbəli binanın birinci mərtəbəsinin 6 kvadratmetr döşəməsi yanaraq yararsız hala düşüb. Binanın qalan hissəsi alovdan xilas edilib.

 

İlkin ehtimala görə, yanğına qaz sobasının gecədən yanılı vəziyyətdə qalması səbəb olub. Yanğının səbəbləri araşdırılır.