Bakıda avtomobildən meyit tapıldı

8 Fevral 2014 15:58 (UTC+04:00)

Bakı sakininin meyiti avtomobildə tapılıb. Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, fevralın 7-də Yasamal rayonunda, Zərdabi küçəsində Bakı şəhər sakini Tərlan Qədirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti "Opel" markalı avtomobilində tapılıb.