Çox vitamin içmək performansı azaldır

8 Fevral 2014 20:31 (UTC+04:00)

Movqe.Az xəbər veri ki, Norveçli elm adamlarının araşdırmasına görə , davamlı olaraq C , E vitaminləri qəbul edən idmançıların dayanıqlılıq tutumu azalır.


Elm adamları , 54 idmançıdan 11 həftə müddətində, həftədə 3-4 dəfə məşq etməsini istəyib. İştirakçılara nizamlı olaraq C , E vitaminləri və plasebo verilib.


 Araşdırmanı aparanlardan Dr. Goran Paulsen , gündə 1000 milliqram C və 235 milliqram E vitamini sqəbul edənlərin dayanıqlılıq tutumunun azaldığını deyib.


Araşdırmaçılar , vitamin qəbulunun bədənin ehtiyacı olan enerjini çıxarmaq üçün faydalandığı mitoxondri deyilən yüzlərlə kiçik "enerji stansiyasının " fəaliyyətini dəyişdirdiyini , bu səbəbdən dayanıqlılıq tutumunun azaldığını vurğulayıb.


Dr. Paulsen , marafon , velosiped , xizək kimi dayanıqlılıq tələb edən idmanlarla məşğul olanların C və E vitamini gücləndirmələrini diqqətli və həkim tövsiyəsiylə almaları lazım olduğunu bildirib.


Araşdırmanın nəticələri "The Journal of Physiology " jurnalında nümayiş olunub.