Ən çox qazanan futbolçular- SİYAHI

8 Fevral 2014 21:09 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, nüfuzlu World Soccer jurnalının versiyasına görə, isveçli futbolçu Zlatan İbrahimoviç ən çox gəlir əldə edən futbolçudur. Onun illik qazancı 14,67 milyon avrodur. Zlatan İbrahimoviç Madridin "Real" klubunun portuqaliyalı üzvü Kriştiano Ronaldo və Fransanın "Monako" klubunun kolumbiyalı forvardı Radamel Falkaonu qabaqlayıb.

World Soccer-in versiyasına görə, dünyanın ən çox gəlir əldə edən futbolçuları bunlardır:

1. Zlatan İbrahimoviç (PSJ) - 14,67 mln,
2. Kriştiano Ronaldo ("Real") - 14, 40 mln,
3. Radamel Falkao ("Manako") 14,15 mln,
4. Tiaqo Silva (PSJ) - 12,15 mln,
5. Lionel Messi ("Barselona") - 10,7 mln,
6. Qaret Beyl ("Real") - 9,46 mln,
7.Xavi ("Barselona") 8,07,
8. Andres İnyesta ("Barselona"), 8,07 mln.